“Çelsi” də Messi üçün mübarizəyə qoşulub
Tarix: 29-11-2020 14:40 | Bölmə: İdman
“Çelsi” də Messi üçün mübarizəyə qoşulub

Londonun “Çelsi” klubu “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin transferi üçün mübarizəyə qoşulub.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu barədə ispaniyalı jurnalist Qiyoma Balaqe məlumat yayıb.

Londonlular Kataloniya klubunun oyunçusunun müqaviləsinin başa çatmasını gözləyəcəklər. Onların Messi üçün hansı şərtin irəli sürəcəyi isə hələ ki məlum deyil.

Noyabrın 24-də xəbər verilirdi ki, İngiltərənin digər klubu “Mançester Siti” argentinalıya 10 illik müqavilə təklif edəcək.

“Şəhərlilər” futbolçu üçün plan da hazırlayıblar. Bu plana əsasən, Messi əvvəlcə “Mançester Siti”də, sonra “City Football Group”a daxil olan klubda oynayacaq.

Messi 2020-ci ilin yayında Kataloniya klubu ilə müqaviləsini vaxtından əvvəl pozmağa cəhd edib. Hücumçu ilə rəhbərlik arasında komandadakı vəziyyətə görə münaqişə yaransa da, nəticədə onu müqaviləsi bitənə qədər “Barselona”da qalmaq üçün razı sala bilmişdilər.

Messi Kataloniya klubunda 2003-cü ildən çıxış edir. O, bu komandanın heyətində onqat İspaniya çempionu olub və 4 dəfə Çempionlar liqasında qalib gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}