“Qəbələ”nin keçmiş oyunçusu başqa klubla müqavilə bağlayıb
Tarix: 12-01-2021 23:06 | Bölmə: İdman
“Qəbələ”nin keçmiş oyunçusu başqa klubla müqavilə bağlayıb

“Qəbələ”nin sabiq futbolçusu İviça Juniçin yeni klubu müəyyənləşib.

Reyting.az
xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvatiyalı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. 32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın CFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}