17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Millimiz Slovakiya və Yunanıstanla oyuna itkilərlə çıxacaq
Tarix: 27-01-2021 00:05 | Bölmə: İdman
Millimiz Slovakiya və Yunanıstanla oyuna itkilərlə çıxacaq

Avropa çempionatının seçmə mərhələsinə hazırlığını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün taktiki çalışmalar yerinə yetirib.

Azərbaycan Futzal Federasiyasının məlumatına görə, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da dünəndən komandaya qoşulublar.

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Araujo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, seçmə mərhələdə yanvarın 29-da Slovakiyanı qəbul edəcək Azərbaycan millisi fevralın 2-də Yunanıstanın qonağı olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}