"Qarabağ" liderliyə yüksəlib
Tarix: 28-01-2021 18:01 | Bölmə: İdman
"Qarabağ" liderliyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.

Reyting.az
xəbər verir ki, "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ovusu Kvabena, 25-ci və 90+1-ci dəqiqədə Mahir Emreli, 85-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}