21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
AFFA-nın Hakimlər Komitəsində maliyyə fırıldağı?
Tarix: 22-02-2021 08:44 | Bölmə: İdman
AFFA-nın Hakimlər Komitəsində maliyyə fırıldağı?

AFFA Hakimlər Komitəsində ciddi maliyyə pozuntusu olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Supersport.Az saytı çıxış edib.

Bildirilir ki, ötən il hakimlərin adına qonorardan əlavə külli miqdarda vəsait yazılıb. Buna görə avstriyalı Fritz Stuxlikin rəhbərlik etdiyi Hakimlər Komitəsinin də məsuliyyət daşıdığı deyilir.

Saytın iddiasına görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məsələdən ciddi şəkildə narahat olub, təqsirkarların tapılıb cəzalandırılması üçün İşçi Qrupu formalaşdırıb.

İşçi Qrupuna rəhbərliyin baş katibin müavini, AFFA-nın Lisenziya Komissiyasının sədri Sərxan Hacıyevə həvalə edildiyi bildirilir. Sayt əməkdaşları adıçəkilən şəxsin məsələyə münasibətini öyrənmək istəsə də, o, açıqlama verməkdən imtina edib. S. Hacıyev yalnız lisenziya məsələsindən danışa biləcəyini söyləyib.

Baş katibin müavini, “Zəhmət olmasa, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayın”,- deyib.

Elxan Məmmədovun da məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə məlumatın doğru olmadığını iddia edir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər