Messinin "Barselona" ilə bağlı gələcək planları açıqlanıb
Tarix: 28-02-2021 18:07 | Bölmə: İdman
Messinin "Barselona" ilə bağlı gələcək planları açıqlanıb

İspaniyanın "Barselona" komandasının hücumçusu və kapitanı Lionel Messi klubda qalmağa meyllidir.

Bu barədə “Marca” bildirib.

Məlumata görə, argentinalı hücumçu Xosep Mariya Bartomeu klubun prezidenti olduqda həqiqətən komandanı tərk etmək istəyib. Qeyd edilir ki, onun gələcək karyerası ilə bağlı daimi şayiələr əslində oyunçunu qıcıqlandırır. "Pari Sen-Jermen" və yerli KİV-də fransız klubu formasında şəkilinə şərhlər onun xoşuna gəlmir.

Messi və atası Xorxe başqa klublardan təkliflər qəbul etmir. Futbolçu artıq bir müddətdir Argentinadadır və başqa komandalarla əlaqə saxlamır. Futbolçunun gələcəyi haqqında qərar kimin "Barselona" prezidenti olmasından asılı olacaq.

Messi cari mövsümdə bütün yarışlarda 32 matç keçirib, 24 qol vurub və 7 məhsuldar ötürmə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}