Daha bir güləşçimiz çempionatda medal qazanıb
Tarix: 21-04-2021 22:23 | Bölmə: İdman
Daha bir güləşçimiz çempionatda medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda Beka Lomtadze (Gürcüstan) ilə üz-üzə gəlib və 7:9 hesabı ilə uduzaraq medal şansını əldən verib.

92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasova (Ukrayna) 5:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahibləniblər.(Qol.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}