21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib
Tarix: 22-04-2021 20:21 | Bölmə: İdman
Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib

b]İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib.[/b]

Bu barədə Polşanın "PolsatSport" nəşri xəbər yayıb.

Bildirilib ki, Dublində keçirilməli olan matçlar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Rəsmi açıqlamanın aprelin 23-də veriləcəyi vurğulanıb.

Daha əvvəl İspaniyanın Bilbao şəhərinin AVRO-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Almaniyanın Münhen şəhərindən də alına bilər.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər