Çempionlar Liqasının finalı Portuda keçiriləcək
Tarix: 13-05-2021 14:43 | Bölmə: İdman
Çempionlar Liqasının finalı Portuda keçiriləcək

Cari mövsüm UEFA Çempionlar Liqasının finalı Portuqaliyanın Portu şəhərində olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, həlledici matç koronavirus səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki "Draqau" stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.

Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdən keçirildiyini, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.

Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}