"Barselona" Serxio Aquero ilə anlaşıb
Tarix: 13-05-2021 16:44 | Bölmə: İdman
"Barselona" Serxio Aquero ilə anlaşıb

İngiltərə "Mançester Siti"sindən ayrılacağı dəqiqləşən Serxio Aqueronun yeni klubu bəlli olub.

"Mundo Deportivo" nəşri xəbər verir ki, 33 yaşlı hücumçu İspaniya "Barselona"sı ilə anlaşıb.

Argentinalı oyunçunun transferi "Mançester Siti" və "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Oyun mayın 29-da Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.

Aquero Kataloniya təmsilçisi azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}