23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
AVRO-2020: Bakıda personajların növbəti paradı keçirilib
Tarix: 18-06-2021 19:18 | Bölmə: İdman
AVRO-2020: Bakıda personajların növbəti paradı keçirilib

Bakıda futbol üzrə Avropa çempionatı ilə bağlı personajların növbəti paradı keçirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, tədbir şəhərin müxtəlif hissələrində baş tutub. Paradda Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak edib.

Qeyd edək ki, Bakıda AVRO-2020-nin A qrupunun iki görüşü artıq oynanılıb. Bakı Olimpiya Stadionunda təşkil olunan Uels - İsveçrə matçı 1:1, Türkiyə - Uels qarşılaşması isə 0:2 hesabı ilə başa çatıb. BOS bu qrupun sonuncu - İsveçrə - Türkiyə oyununa, həmçinin 1/4 finalın bir qarşılamasına da ev sahibliyi edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}