Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb
Tarix: 20-06-2021 20:17 | Bölmə: İdman
Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

Məlumata görə, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan yığması aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq-da mübarizə aparan Zahir Ağazadə isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər