16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Omoniya"nın baş məşqçisi: "Qarabağ" səviyyəmizə yaxın komandadır"
Tarix: 14-09-2021 12:05 | Bölmə: İdman
"Omoniya"nın baş məşqçisi: "Qarabağ" səviyyəmizə yaxın komandadır"

"Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür".

Məlumata görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib: "Bazel" yüksək səviyyəli komandadır. "Qarabağ" səviyyəmizə yaxın komandadır. "Kayrat"ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır".

Qeyd edək ki, "Omoniya" sentyabrın 16-da "Kayrat"ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə "Bazel"i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə "köhlən atlar"ı qəbul edəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}