14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan klubunun oyunu təxirə salınıb - COVİD-ə görə
Tarix: 25-11-2021 14:38 | Bölmə: İdman
Azərbaycan klubunun oyunu təxirə salınıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib.

Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}