14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Boksçularımız Avropa birinciliyinə hazırlaşır - Fotolar
Tarix: 13-05-2022 10:09 | Bölmə: İdman
Boksçularımız Avropa birinciliyinə hazırlaşır

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.

Boks Feder
asiyasının məlumatına görə, milli komandamız təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.

Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçularımız toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Milli komanda ardınca Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə mübarizə aparacaq.

Yığmanın Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində keçiriləcək.







Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib