20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Təşkilat FIFA-dan təzminat tələb edib
Tarix: 19-05-2022 14:45 | Bölmə: İdman
Təşkilat FIFA-dan təzminat tələb edib

"Amnesty İnternational" hüquq müdafiə təşkilatı Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA prezidenti Canni İnfantinoya məktub göndərib.

BBC xəbər verir ki, təşkilat stadionların tikintisində çalışan əmək miqrantları üçün iş şəraitinin pozulmasına görə təzminat tələb edib.

Bu məbləğin ən azı 440 milyon ABŞ dolları olacağı bildirilib: "Bütün işçilərə kompensasiya ödənilməyənə qədər bu turnir keçirilə bilməz".

Ümumilikdə mundialla bağlı idman obyektlərinin tikintisinə 30 minədək işçi cəlb olunub. DÇ-2022-nin təşkilatçıları apreldə yarışa hazırlıqla məşğul olan 3 şirkətdə iş şəraitinin pozulduğunu etiraf edib.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər