Azərbaycan millisi Kosovo komandasını məğlub edib
Tarix: 21-05-2022 09:07 | Bölmə: İdman
Azərbaycan millisi Kosovo komandasını məğlub edib

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi AÇ-2022-nin təsnifat mərhələsində E qrupunun oyunları başlayıb.

Reyting.az
xəbər verir ki, millimiz ilk oyunda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb. Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə ilk görüşdə 3:0 qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.

Qrupun digər matçında Niderland Slovakia ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Eldar Əliyevin komandası sabah Niderland millisi ilə qarşılaşacaq.

Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}