DÇ-2022-də yeni qaydalar tətbiq ediləcək
Tarix: 23-06-2022 09:19 | Bölmə: İdman
DÇ-2022-də yeni qaydalar tətbiq ediləcək

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq.

“Globo” nəşri xəbər verir ki, tarixdə birinci dəfə hər komanda heyətinə 26 fufbolçu (hazırda 23) sifariş edəcək. Bu isə o deməkdir ki, komandanın ehtiyatında 15 futbolçu olacaq.

Bundan başqa, DÇ-2022-də ilk dəfə olaraq 5 əvəzetmədən istifadə ediləcək. Bununla bağlı qaydalar ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İBAF) təsdiq edilib.

Xatırladaq ki, DÇ-2022 21 noyabr-18 dekabr tarixində Qətərin 8 stadionunda keçiriləcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}