20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Daha 2 azərbaycanlı cüdoçu bürünc medal qazanıb
Tarix: 24-06-2022 19:35 | Bölmə: İdman
Daha 2 azərbaycanlı cüdoçu bürünc medal qazanıb

Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Reyting.az
xəbər verir ki, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar mübafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.

Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (hər ikisi 73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər