16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
Tarix: 24-11-2022 17:03 | Bölmə: İdman
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizonu Azərbaycanda keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından Reyting.az-a verilən məlumata görə, 18 yaşadək oğlanlar arasında keçiriləcək çempionatda iştirak edəcək komandaların adlarına yanvar ayında aydınlıq gələcək.

Avropa çempionatının C divizionunun oyunları 2023-cü ilin 29 iyul - 6 avqust tarixləri aralığında Bakıda baş tutacaq.

Qeyd edək ki, U-18 millimiz sonuncu çempionatda bürünc mükafatın sahibi olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}