Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb
Tarix: 17-03-2023 17:19 | Bölmə: İdman
Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb

Bu gün UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.

Reyting.az
xəbər verir ki, püşkatmaya görə, aşağıdakı komandalar rəqib olublar:

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)

"AZ Alkmaar" - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa).

Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.

Yarımfinal

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) / "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) / "AZ Alkmaar" - "Anderlext" (Belçika).

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}