Enner Valensiya Aleks de Souzanın rekorduna çatıb
Tarix: 19-05-2023 10:12 | Bölmə: İdman
Enner Valensiya Aleks de Souzanın rekorduna çatıb

Superliqanın 34-cü həftəsində "Fənərbaxça" öz meydanında "Trabzonspor"u 3:1 hesabı ilə məğlub edib.

Reyting.az
xəbər verir ki, bu oyunda "Fənərbağça"nın ekvadorlu forvardı Enner Valensiya bu mövsüm Super Liqada 28-ci qolunu vuraraq, komandanın əfsanəvi futbolçusu Aleks de Souzanın rekordunu təkrarlayıb.

Valensiya 71-ci dəqiqədə komandasının 3-cü qolunu vurmaqla qollarının sayını 28-ə çatdırıb.

Xatırladaq ki. 2010-2011 mövsümündə Aleks de Souzanın vurduğu 28 qola bərabər olan ekvadorlu ulduz, "Fənərbaxça" forması ilə bir mövsümdə ən çox qol vuran əcnəbi futbolçunun rekorduna şərik olub.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}