16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Turan Tovuz” 4 futbolçu ilə müqavilə imzalayıb
Tarix: 19-05-2023 16:08 | Bölmə: İdman
“Turan Tovuz” 4 futbolçu ilə müqavilə imzalayıb

“Turan Tovuz” 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Report”a bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

42 yaşlı mütəxəssis bildirib ki, qapıçılar Tərlan Əhmədli, Kamal Bayramov, müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Ayxan Quseynovla mövsümün sonuna qədər olan sövdələşmə müddəti daha bir il uzadılıb.

Xatırladaq ki, daha əvvəl moldovalı müdafiəçi Denis Marandiçi bir illik sazişə qol çəkmişdi.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada mövsümün sonuna iki tur qalmış 38 xalla 6-cı pillədə qərar tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}