20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyədə inflyasiya 65 faizə çata bilər
Tarix: 06-09-2023 19:10 | Bölmə: İqtisadiyyat
Türkiyədə inflyasiya 65 faizə çata bilər

Bu il Türkiyədə inflyasiya 65 faizə çata bilər. Reyting.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezident Cevdet Yılmaz ölkənin növbəti üç il üçün iqtisadi siyasətinin təqdimatında deyib.

C. Yılmaz bildirib ki, inflyasiyanın müvəqqəti yüksəlişi var:

“2023-cü ildə biz istehlak qiymətləri indeksinin (CPI) ilin sonunda 65 faiz olacağını gözləyirik. 2024-cü ilin sonunda CPI-nin 33,0 faiz, 2025-ci ilin sonunda 15,2 faiz, 2026-cı ilin sonunda isə 8,5 faiz olacağını gözləyirik”.

Yılmaz əlavə edib ki, Türkiyə işsizlik səviyyəsinin 2024-cü ildə 10,3 faizə, 2025-ci ildə 9,9 faizə, 2026-cı ildə isə 9,3 faizə düşəcəyini gözləyir.

Türkiyə Statistika Qurumunun (TÜİK) bazar ertəsi verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya avqustda iyuldakı 47,8 faizdən 58,94 faizə yüksəlib. Türkiyənin mərkəzi bankı daha əvvəl ilin sonuna inflyasiya proqnozunu əvvəlki 22,3 faizlik proqnozdan 58 faizə yüksəldib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər