20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir kommersiya sirrini əldə edəcək vəzifəli şəxslərin siyahısını təsdiqləyib
Tarix: 17-10-2018 10:15 | Bölmə: İqtisadiyyat
Nazir kommersiya sirrini əldə edəcək vəzifəli şəxslərin siyahısını təsdiqləyib

Vergilər Nazirliyi “Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nı təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, vergilər naziri Mikayıl Cabbarovun bununla bağlı imzaladığı sənədə əsasən, Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısına Azərbaycan Vergilər Nazirliyi üzrə: vergilər naziri, vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, vergilər nazirinin müşavirləri, vergilər nazirinin köməkçisi, Vergilər Nazirliyi Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi Aparatının departamentlərinin (şöbələrinin) baş direktorları (direktorları), onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları və şöbələrin rəhbərləri, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları (rəisləri), şöbələrin (bölmələrin) rəhbərləri (rəisləri), Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin direktorları, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəhbərləri, Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, o cümlədən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə: Naxçıvan Muxtar Respublikasının vergilər naziri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının şöbə (bölmə) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin və həmin şöbələrin tərkibində bölmələrin rəisləri daxildir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər