Rektor universitetin mühafizəsinə 717 min manat xərcləyəcək
Tarix: 17-01-2024 10:46 | Bölmə: İqtisadiyyat
Rektor universitetin mühafizəsinə 717 min manat xərcləyəcək

Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Gesco” Açıq Səhmdar Cəmiyyəti olub.

Reyting.az
Yeniavaz.com-a istinadla xəbər verir ki, BDU 2024-cü il üçün tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınmasına görə “Gesco” ASC-yə 717 min 274 manat 80 qəpik ödəyəcək.

Qeyd edək ki, BDU-nun mühafizəsinə ümumilkidə 67 nəfər cəlb olunub. Onlardan 54-ü mühafizəçi olacaq.

Onu da bildirək ki, ötən il də BDU-nun keçirdiyi analoji tenderdə “Gesco” ASC qalib olub və 2023-cü ilin mühafizə xərcləri 554 min 600 manat olub.

Məlumat üçün bildirək ki, 4 min manat nizamnamə kapitalı olan “Gesco” ASC-nin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər