Hindistan Rusiya neftinin alışını bərpa edir
Tarix: 16-02-2024 20:14 | Bölmə: İqtisadiyyat
Hindistan Rusiya neftinin alışını bərpa edir

Hindistan iki aylıq fasilədən sonra Rusiyanın “Sokol” neftinin idxalını bərpa edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Hindistanın ən azı iki neft emalı zavodu bu ilin fevral ayında “Sokol” nefti tədarük edib.

Hindistan şirkəti “Hindustan Petroleum Corup” (HPCL) bir treyderdən neft alır: çox güman ki, onun haqqını BƏƏ dirhəmində ödəyəcək. Həmçinin, Rusiya şirkətlərinə, o cümlədən “Rosneft”-ə məxsus olan Hindistanın “Nayara Energy” şirkəti “Sokol” neftinin daşınmasını qəbul edib.

Qeyd edək ki, Hindistan Rusiyadan neft tədarükünü azaltmışdı. Ötən ayın sonunda Asiya ölkəsinə Rusiya xammalının idxalı sutkada 1,3 milyon barrelə düşmüşdü: bu, dekabr ayı ilə müqayisədə 4,2 faiz azdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}