20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il xəttə buraxılacaq
Tarix: 29-12-2018 11:13 | Bölmə: İqtisadiyyat
Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il xəttə buraxılacaq

“Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı gələn il istifadəyə veriləcək. Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" firması tərəfindən vaqonların hazırlanması gecikir".

Reyting.az xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, fevralın sonu, mart ayında qatarlar təhvil veriləcək. "Qatarlar təhvil verilən kimi qatar işə salınacaq".

C. Qurbanov bildirib ki, gələn il Bakı II dəmir dairəvi yolunda 14 stansiyanın müəyyən hissəsi hazır olacaq: "Gələn ilin ortalarına yaxın ikinci tərəfdən “Koroğlu” stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt açılışını edəcəyik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər