14:30 / 08-01-2025
Zaqatalada körpə ölüb
Mərkəzi Bankın strukturu dəyişib, növbəti təyinatlar olub
Tarix: 07-01-2025 10:34 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın strukturu dəyişib, növbəti təyinatlar olub

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçirilib.

Reyting.az
xəbər verir ki, AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir. 1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.

S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.

Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.

Eyni zamanda, Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev vəzifəsindən azad edilib.




Bölməyə aid digər xəbərlər