20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
OPEC+ ölkələri neft hasilatında azalmanı müzakirə edəcək
Tarix: 06-12-2019 16:26 | Bölmə: İqtisadiyyat
OPEC+ ölkələri neft hasilatında azalmanı müzakirə edəcək

OPEC+ ölkələri hazırkı saziş çərçivəsində 2020-ci ilin birinci rübündə neft hasilatında proporsional şəkildə əlavə azalma məsələsini müzakirə edəcək.

“İnterfax”ın verdiyi məlumata görə, bunu müzakirələrdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün OPEC-in dünən qəbul olunmuş neft hasilatının əlavə azaldılması ilə bağlı qərarı müzakirə ediləcək. Hər bir ölkənin mövqeyini soruşacaqlar", - deyə o bildirib.

"Düşünürəm ki, bu qərar proporsional olacaq", - deyə o, müvafiq suala cavab verərkən bildirib.

Qeyd edək ki, bu gün Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçirilir.

2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər