13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Ramil Hüseyn: “Bəzi məhsullar ƏDV-dən azad ediləcək”
Tarix: 17-04-2020 16:09 | Bölmə: İqtisadiyyat

Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər planınında daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətini və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri müəyyənləşdirilib.
Bu zaman tikinti sektoru, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, daxili turizm fəaliyyət sahələri ilə yanaşı kənd təsərrüfatı və emal sənayesinin də seçilməsi həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.
Reyting.az “Report”-a istinadla xəbər verir ki, bu istiqamətdə görülən işləri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, koronavirus pandemiyasının yayılması ilə dünyada kənd təsərrüfatının inkişafı və əhalinin yerli istehsal hesabına təmini məsələsi ciddi şəkildə aktuallaşıb: “Belə bir şərait göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib. Son illərdə ölkəmizdə əhalinin yerli məhsulları ilə təminatına nail olmaq üçün kənd təsərrüfatının subsidiyalaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Bu fəaliyyətlərin nəticəsidir ki, son 7 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Ötən il Azərbaycan sözügedən hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub".
Ramil Hüseyn qeyd edib ki, hətta qlobal iqtisadi proseslərin təsiri ilə 2016-cı ildə ölkədə ÜDM azalsa da, kənd təsərrüfatında artım qeydə alınıb: "Cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsədə, kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır. Bildiyiniz kimi, bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də, bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər planı çərçivəsində görüləcək işlərdə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, ölkənin ərzaq təhlükəsiliyinin güclənməsinə xidmət edəcək".
İcraçı direktor müavini vurğulayıb ki, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır: "Dövlət Taxıl Fondunda buğda ehtiyatı var. Digər tərəfdən, Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxstandan idxal edir və hazırda bununla bağlı işlər gedir. Kartofla bağlı da ölkəmizin mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkəmizdə faraş kartof da bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır.
DSK-nın məlumatlarına əsasən, ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir.
Həmçinin 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatının həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir. Ət və süd məhsulları ilə tələbatın ödənilməsi isə əsasən yerli istehsal hesabına təmin olunur. Əhalinin digər ərzaq məhsulları ilə təminatı istiqamətində də iş aparılır.
Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq. Eyni zamanda bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad ediləcək".
R. Hüseyn deyib ki, koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün də müvafiq iş aparılır: "Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün Təlimat təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni kənd təsərrüfatında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür.
Həmçinin Prezidentin sərəncamına əsasən, aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması da mühüm əhəmiyyətə malikdir. Bu vəsait koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcək.
Xüsusən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində komissiyanın yaradılması və onun qarşısına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məsələsinin qoyulması kənd təsərrüfatının inkişafına töhfə verəcəkdir.
Yekun olaraq deyə bilərik ki, dövlətin iqtisadi siyasətinin əsas prioriteti kimi kənd təsərrüfatı və emal sənayesinin inkişafının seçilməsi yerli istehsalın artmasına və ərzaq məhsulları ilə özünütəmin səviyyəsinin yüksəlməsinə xidmət edəcək".
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:30
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
Bu gün, 12:08
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
Bu gün, 11:44
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 10:16
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Dünən, 08:14
Aİİ Hindistanla azad ticarət zonası yaradır
16-09-2025, 18:00
Dövlətə məxsus 55 maşın hərracda satılıb
16-09-2025, 16:46
Ağacın 1 qramı 10 min dollardır
16-09-2025, 14:44
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
16-09-2025, 11:10
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
16-09-2025, 09:20
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
15-09-2025, 17:37
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
15-09-2025, 17:30
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
15-09-2025, 12:39
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
13-09-2025, 16:41
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
12-09-2025, 18:00
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
12-09-2025, 17:50
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
12-09-2025, 14:58
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
12-09-2025, 13:34
Deputat: "Ətin qiyməti yüksəkdir"
12-09-2025, 12:05
“Rabitəbank" keşbeki azaldıb
12-09-2025, 11:19
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
12-09-2025, 10:10
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
12-09-2025, 09:28
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
12-09-2025, 08:19
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
12-09-2025, 00:39
Rusiyada vergiləri artırmaq istəyirlər
12-09-2025, 00:07
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
11-09-2025, 17:04
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
11-09-2025, 15:06
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
11-09-2025, 14:53
Dövlət obyektləri icarəyə verilir - Siyahı
10-09-2025, 16:21
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
10-09-2025, 16:06
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
10-09-2025, 14:49
ADSEA-nın səlahiyyətləri artırılıb
10-09-2025, 11:47
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
10-09-2025, 11:31
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
10-09-2025, 11:00
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
9-09-2025, 18:02
Əmək pensiyaları artırılacaq
9-09-2025, 17:25
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
9-09-2025, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
9-09-2025, 12:51
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
9-09-2025, 11:56
Dünya bazarında qızıl rekord qiymətədir
9-09-2025, 10:40
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
9-09-2025, 07:53
Qızıl dolların ucuzlaşmasına səbəb ola bilər
8-09-2025, 23:31
“Tesla” ABŞ-da bazar payını itirir