20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Tehranda ticarət obyektləri açılıb
Tarix: 21-04-2020 11:24 | Bölmə: İqtisadiyyat
Tehranda ticarət obyektləri açılıb

İranın paytaxtı Tehranda koronavirus pandemiyasının yaratdığı bir aylıq durğunluqdan sonra bəzi ticarət obyektləri açılıb.

“RİA Novosti” xəbər verir ki, obyektlərin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən verilən, kağız üzərində çap edilmiş QR kodu kimidir və o, mütləq vitrində asılmalıdır.

İlk mərhələdə koronavirusun yayılması üçün kiçik risklərin olduğu sahibkarlıq fəaliyyətləri bərpa edilir. Bu baxımdan Novruz bayramı ərəfəsində bağlanmış optika, musiqi alətləri, məişət texnikası, kitab mağazaları satılan obyektləri göstərmək olar.

Tehranda durğunluğun aradan qaldırılması İranda koronavirusdan sağalan insanların sayının getdikcə artması fonunda baş verib. Eyni zamanda, gün ərzində qeydə alınan ölüm hallarının da sayı azalır. Bununla belə, hökumət COVID-19 üzərində qələbə və ya ona qarşı mübarizədə dönüş nöqtəsi olduğunu elan etməyə tələsmir.

Hazırda İranda ilk dəfə koronavirus barədə məlumat verilən 19 fevral tarixindən bəri rəsmi rəqəmlərə görə, 80 868 nəfər yeni növ koronavirusa yoluxub, təqribən 5,1 min nəfər pandemiyanın qurbanı olub. Eyni zamanda, xəstələrin yarıdan çoxu, təqribən, 56 min nəfər virusdan sağalıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər