18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“SOCAR Polymer”in direktoru dəyişib
Tarix: 21-09-2020 15:23 | Bölmə: İqtisadiyyat
“SOCAR Polymer”in direktoru dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Fuad Əhmədova həvalə olunub.

Qeyd edək ki, F.Cəfərov həm də SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəridir, şirkətin qonşu ölkədə həyata keçirdiyi layihələrin idarə edilməsi ilə məşğuldur. Onun iş həcminin çox olduğu nəzərə alınaraq və Rusiyadakı layihələrə daha çox vaxt ayırması məqsədi ilə Azərbaycandakı işindən azad edilməsinə qərar verilib.

Xatırladaq ki, “SOCAR Polymer” ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101 milyon manatdır. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Zavodlar İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin (SKSP) ərazisində yerləşir, müvafiq olaraq 2018-ci ilin iyul və 2019-cu ilin fevral aylarında istismara verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər