18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan və Macarıstan qarşılıqlı investisiyaları artırmaq istəyir
Tarix: 26-11-2020 12:06 | Bölmə: İqtisadiyyat
Azərbaycan və Macarıstan qarşılıqlı investisiyaları artırmaq istəyir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi arasında onlayn görüş keçirilib.

Reyting.az
AZPROMO-ya istinadən xəbər verir ki, Y. Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir Viktor Sederkenyi ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlıq məsələləri, qarşılıqlı ixrac və investisiyaların artırılması və işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər