21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Avropa Komissiyası "Brent"in qiyməti üzrə proqnozunu artırıb
Tarix: 12-05-2021 15:33 | Bölmə: İqtisadiyyat
Avropa Komissiyası "Brent"in qiyməti üzrə proqnozunu artırıb

Avropa Komissiyası (AK) bu il "Brent" markalı neftin orta qiymətini bir barelə görə 63,9 ABŞ dolları səviyyəsində gözləyir.

Bu barədə qurumun "Spring 2021 Economic Forecast: Rolling up sleeves" adlı iqtisadi proqnozlara aid yaz nəşrində bildirilir. Bu, AK-nın qışda verilən proqnozundan 16,8% çoxdur. 2022-ci il üçün isə yenilənmiş proqnoz 61,6 dollar səviyyəsində göstərilib.

Qeyd edək ki, Dünya Bankı da apreldə 2021-ci il üçün qlobal bazarda xam neftin orta qiyməti üzrə proqnozunu 28,4% qaldıraraq 56 dollara çatdırmışdı. Banka görə, 2022-ci ildə neftin orta qiymətinin bir qədər də artaraq 60 dollara çatacağı gözlənilir. Lakin, bu, ötən proqnozla müqayisədə 6,5% azdır.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər