21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib
Tarix: 19-05-2021 12:59 | Bölmə: İqtisadiyyat
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərimələnib.

Məlumata görə, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

Agentliyə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər