21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının 4-cü iclası olacaq
Tarix: 19-05-2021 16:17 | Bölmə: İqtisadiyyat
Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının 4-cü iclası olacaq

Sabah Bakıda Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər