21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 11 obyektdə qaydalar pozulub
Tarix: 19-05-2021 16:38 | Bölmə: İqtisadiyyat
Daha 11 obyektdə qaydalar pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 419 ictimai iaşə obyektində 728 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu‎, R. Məmmədov küç., 3 mkr, ev 27 ünvanında yerləşən, fiziki şəxs Abışova Mirvari Oktay qızına məxsus “Titanik” kafesi;

2. Bakı şəhəri, Nəsimi rayonu‎, 3 mkr, Rəşid Məmmədov küçəsi 15/17 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Aqilə məxsus kafe;

3. Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsində‎ yerləşən, fiziki şəxs Hüseynov Xəyal Natiq oğluna məxsus kafe;

4. Bakı şəhəri, Sabunçu rayonu‎, Bakıxanov bazarının daxilində yerləşən, fiziki şəxs Əsədova Əsmər Tofiq oğluna məxsus kafe;

5. Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi 559a ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe;

6. Bakı şəhəri, Binəqədi rayonu‎, Aqil Məmmədov küçəsi 119 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Nail Abbas oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nizami rayonu‎, Q. Qarayev küçəsi 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;

8. Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən, fiziki şəxs Abbasov Namik Cəlil oğluna məxsus "Vəhdət" kafesi;

9. Şirvan şəhəri, Salyan dairəsi, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Dadaşov Elman Ədalət oğluna məxsus çay evi;

10. Göygöl rayonu, Gəncə-Göygöl şosesində yerləşən, fiziki şəxs Bayramov Nicat Gündüz oğluna məxsus çay evi;

11. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Ağayev Seyran Ağaməşədi oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər