21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrasına rəy verib
Tarix: 19-05-2021 17:30 | Bölmə: İqtisadiyyat
Hesablama Palatası 2020-ci il dövlət büdcəsinin icrasına rəy verib

Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadla xəbər verir ki, Kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılıb, nəticə və tövsiyələr verilib.

Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər