21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olunub
Tarix: 21-05-2021 15:24 | Bölmə: İqtisadiyyat
“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az-
ın xəbərinə görə, dəyişikliklə satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı açıq tender üsulu ilə keçirilirdi.

Bundan başqa, qanunun 50-2.1.3-cü maddəsinə edilən dəyişikliklə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təkcə tenderlərin deyil, digər satınalma prosedurlarının da (kotirovka, təkliflər sorğusu) haqqının ödənilməsi həyata keçiriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər