21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Komitədə iclas: "Büdcənin icrası haqqında" qanun layihəsi MM-ə göndərilib
Tarix: 24-05-2021 13:12 | Bölmə: İqtisadiyyat
Komitədə iclas: "Büdcənin icrası haqqında" qanun layihəsi MM-ə göndərilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda komitə üzvləri ilə yanaşı dövlət qurumlarının rəsmi şəxsləri də iştirak edib.

Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.

Daha sonra isə komitə üzvlərinin müzakirəsinə “Kredit ittifaqları haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri (birinci oxunuş) təqdim edilib.

Müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər