21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İranlı nazir: “Ermənistan da Şimal-Cənub Dəhlizinə qoşulacaq”
Tarix: 24-05-2021 19:05 | Bölmə: İqtisadiyyat
İranlı nazir: “Ermənistan da Şimal-Cənub Dəhlizinə qoşulacaq”

İran və Ermənistan Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsində Ermənistan marşrutunun istifadəsinə dair birbaşa danışıqlar aparacaqlar.

Reyting.az
“Mehr News”a istinadla xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami Ermənistana səfərindən əvvəl bəyan edib.

Onun sözlərinə görə, dünya ölkələri ilə, xüsusən, qonşu dövlətlərlə genişmiqyaslı qarşılıqlı əlaqələrin qurulması İran hökumətinin əsas strategiyalarından biridir.

Yollar və Şəhərsalma Nazirliyi hazırda ticarət, biznes, nəqliyyat və tranzit əlaqələrinin inkişafına vurğu edərək ikitərəfli və çoxtərəfli danışıqları və digər ölkələrlə qarşılıqlı əlaqəni izləyir. "Plana əsasən, iki ölkənin rəsmiləri – İran və Ermənistan müvafiq mövzularda ikitərəfli danışıqlar aparacaqlar. İnsanlar və ölkələr arasında mədəni qarşılıqlı əlaqəni asanlaşdırılmalı və yük və sərnişin sahələrini genişləndirmək üçün daha möhkəm bir infrastruktur yaradılmalıdır".

Nazirin sözlərinə görə, Şimal-Cənub Dəhlizi çərçivəsində Ermənistan marşrutundan istifadə İran və Ermənistan rəsmilərinin səfəri zamanı müzakirə edəcəyi əsas məsələlərdən biridir.

Yollar və şəhərsalma naziri İran və Ermənistan arasında Fars körfəzi-Qara dəniz, Təbriz-Culfa və İrəvan-Tbilisi dəmir yolu dəhlizlərinin işə salınması üçün danışıqların getdiyini sözlərinə əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər