21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Millət vəkili: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır”
Tarix: 27-05-2021 18:08 | Bölmə: İqtisadiyyat
Millət vəkili: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır”

Deputat “Banklar haqqında” qanunun yenidən müzakirəyə çıxarılması təklifi ilə çıxış edib.

Deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, bankların hesabatlılığı, şəffaflığı yoxdur: “Banklar əhalinin faciəsi üzərindən pul qazanır. Bankların yol verdiyi qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbitini tapsın. Azərbaycan xalqının üzərindən bu “Domokl qılıncı”nı götürmək üçün təsirli addımlar atılmalıdır”.

Deputat Tahir Kərimli də bankların vətəndaşlar üçün yaratdığı problemlərdən danışıb. “İnsana külli miqdarda kredit faizi ilə əzab verməkdə məqsəd nədir? Onlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi? Azərbaycanda İslam bankçılığı olmalıdır”, - deyə o qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər