21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İran və Rusiya Zəngəzur dəhlizini müzakirə edib
Tarix: 28-05-2021 20:34 | Bölmə: İqtisadiyyat
İran və Rusiya Zəngəzur dəhlizini müzakirə edib

İranla Ermənistan arasında ikitərəfli dəmir yolu xətləri və şimal-cənub dəhlizinin aktivləşdirilməsi barədə anlaşma memorandumunun imzalanmasından sonra İran qatarlarının Naxçıvan vasitəsilə Moskvaya qədər yollana biləcəyi məlum olub.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, bunu İran İslam Respublikası Dəmir Yolu Şirkətinin İdarəedici direktoru Səid Rəsuli bildirib.

Bu həftə Naxçıvan ərazisindən keçən dəmir yolu marşrutunu aktivləşdirmək üçün İranla Ermənistan arasında dəmir yolu müqaviləsi imzalanıb.

Yollar və şəhərsalma nazirinin müavini və İran Dəmir Yolu Şirkətinin icraçı direktoru Səid Rəsulinin sözlərinə görə, Üçtərəfli Atəşkəs Bəyanatından sonra Ermənistan rəsmiləri ilə dəmir yolu nəqliyyatı, xüsusilə yük qatarlarının Culfadan Naxçıvana və oradan İrəvana, Tiflisə və nəhayət, Moskvaya keçidi barədə danışlar aparılıb. “Rusiya rəsmiləri bu planı onlayn görüşlərdə məmnuniyyətlə qarşılayıb və həyata keçirilməsi üçün hazırlıqların bir hissəsini təmin edəcək”.

Rəsuli bu planda rəsmi Dehlinin də maraqlı olduğunu dilə gətirib. “Çünki, məsələn, Hindistan kimi bir ölkə bütün mallarını və yüklərini dənizdən keçirməklə, Rusiyaya göndərir, ancaq dəmir yolu xətti işə salındıqda, bu, Hindistana vaxta və valyutaya qənaət imkanı verəcək”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər