21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ABŞ İranla neft ticarətini bərpa edir - Gündəlik 36 min barel
Tarix: 29-05-2021 10:56 | Bölmə: İqtisadiyyat
ABŞ İranla neft ticarətini bərpa edir - Gündəlik 36 min barel

1991-ci ilin noyabrından bəri ilk dəfə ABŞ İrandan neft idxal edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi məlumat yayıb.

Mart ayından etibarən gündəlik tədarük 33 min barel təşkil edib.

Son dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal etmişdi. O zaman tədarük həcmi gündəlik 64 min barel olub.

Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündəlik 36 min barel həcmində neft məhsulları idxal edib. Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

1988-ci ilin yanvarında İran ABŞ-a gündəlik 1000 barel neft və neft məhsulları tədarük edib, bundan sonra idxal 1991-ci ilin iyuluna qədər dayandırılıb.

Rəsmi statistikada 2002-ci ilin sentyabrından 2020-ci ilin sentyabrına qədər İrandan neft və neft məhsullarının tədarükü ilə bağlı məlumatlar yoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər