21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türk lirəsi dəyərdən düşür – Bədbin proqnoz
Tarix: 31-05-2021 18:06 | Bölmə: İqtisadiyyat
Türk lirəsi dəyərdən düşür

“Türk lirəsini yeni məzənnə itkisi gözləyir”.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, bunu Commerzbank-ın valyutalar üzrə texniki araşdırma qrupunun rəhbəri Karen Cons bildirib.

O, keçən həftənin sonunda rekord həddə enən – 1 dollar üçün 8.61 lirə - türk lirəsinin daha da enməyə davam edə biləcəyini söyləyib.

Consun sözlərinə görə, hökumətin bu ilin birinci rübündə iqtisadiyyatın 7% böyüdüyünü və iqtisadçıların gözləntilərini üstələdiyini söyləməsindən sonra lirə Bazar ertəsi biraz möhkəmlənib, yerli vaxtla günortadan sonra dollar məzənnə itirib (0,4% - 8,51 lirə). Lakin TL-nin ucuzlaşması, 1 dollar üçün 9.1 lirə səviyyəsində olması mümkündür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər