21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirləri açıqlayıb
Tarix: 02-06-2021 11:29 | Bölmə: İqtisadiyyat
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirləri açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Reyting.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-may aylarında AÇG yatağından 1 milyard 850,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-may aylarında əldə olunan gəlir 62,176 milyon ABŞ dolları təşkil edib.

O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 57,131 milyon ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər