21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dünya bazarında neft bahalaşır
Tarix: 02-06-2021 14:58 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft bahalaşır

Dünya neft bazarında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın qüvvədə saxlanılması qərarı müzakirə olunarkən qiymətlərin artımı sürətlənib.

Reyting.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 13.22-yə olan vəziyyətə görə, “Brent” markalı neftin avqust fyüçersləri 0,94 faiz bahalaşaraq 70,91, WTI markalı neftin iyul fyüçersləri də 0,78 faiz bahalaşaraq 68,25 dollardan satılıb.

Xatırladaq ki, dünən OPEC+ ölkələri üzrə nazirlərin görüşündə hasilıatın ixtisarına dair əvvəlki şərtlər qüvvədə saxlanılıb ki, bu da iyul ayında hasilatın bir qədər artacağı deməkdir. Sonrakı planlar iyulun 1-də keçiriləcək növbəti görüşdə müəyyənləşdiriləcək




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər