Ukrayna Gürcüstanla yaşıl energetika sahəsində əməkdaşlıq edəcək
Tarix: 03-06-2021 13:02 | Bölmə: İqtisadiyyat
Ukrayna Gürcüstanla yaşıl energetika sahəsində əməkdaşlıq edəcək

“Ukrayna Gürcüstanla yaşıl energetika və enerji effektivliyi sahələrində əməkdaşlıq etmək niyyətindədir”.[b][/b]

Bunu Ukraynanın Baş naziri Denis Şmiqal Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Tbilisidə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkənin müvafiq agentlikləri arasında anlaşma memorandumu imzalanacaq: “Bu sənəd bərpa olunan enerji bazarlarının inkişafına yönələn birgə yanaşmaların işlənib hazırlanması üçün əsas olacaq”.

D.Şmiqal qeyd edib ki, Ukrayna Gürcüstanla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və GUAM çərçivəsində bütün önəmli sahələrdə əməkdaşlığı nəzərdən keçirməyə hazırdır: “Bu təşkilatların gələcək fəaliyyətləri ilə bağlı bizim oxşar mövqelərimiz və yanaşmalarımız var”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}