21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
ABŞ Türkiyə və daha beş ölkənin məhsullarına gömrük rüsumunu artırır
Tarix: 03-06-2021 13:50 | Bölmə: İqtisadiyyat
ABŞ Türkiyə və daha beş ölkənin məhsullarına gömrük rüsumunu artırır

ABŞ rəqəmsal xidmətlər vergisi ilə Amerika şirkətlərinə qarşı ayrı-seçkilik olunduğunu iddia edərək Türkiyədə və digər beş ölkədə istehsal olunan bəzi məhsulların idxalına 25 faiz vergi tətbiqinə hazırlaşır.

Reyting.az
-ın məlumatına görə, ABŞ-ın ticarət təmsilçisi Katerina Tai bildirib ki, Türkiyə, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Hindistan və Avstriyadan idxal edilən məhsullara gömrük vergisinin artırılmasına rəsmən icazə verilib.

Məlumata görə, ABŞ qanunlarına uyğun olaraq bir ildir aparılan istintaq belə qənaətə gəlib ki, adıçəkilən ölkələrdə tətbiq olunan rəqəmsal xidmətlər vergisində ABŞ şirkətləri ayrı-seçkiliyə məruz qalıblar.

ABŞ-ın ticarət nümayəndəsi bu ölkələrdən idxal olunan 2 milyard dollarlıq məhsul üzərinə 25 faiz vergi tətbiq edilməsinə dair qərar verib.

Qərar qüvvəyə mindikdə Türkiyədən gətirilən 310 milyonluq məhsula əlavə gömrük rüsumu tətbiq ediləcək. Bu, İngiltərə üçün 887 milyon, İtalya üçün 386 milyon, İspaniya üçün 323 milyon, Hindistan üçün 118 milyon və Avstriya üçün 65 milyon dollar civarında müəyyən edilib.

ABŞ Ticarət Nümayəndəliyinin internet səhifəsindəki siyahıya görə, gömrük rüsumunun artırılması əsasən Türkiyədən gətirilən xalçalar, xalılar, ev, geyim məhsulları, qranit və daş növləri, çini və geramika məhsulları, eləcədə qızıl və gümüşə təsir edəcək.

Bu vergilərin tətbiqi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və G20 prosesləri çərçivəsində çoxtərəfli danışıqların başa çatması üçün vaxt vermək məqsədilə 180 gün təxirə salınacaq.

Ticarət nümayəndəsi bildirib ki, ABŞ rəqəmsal xidmətlər vergiləri və beynəlxalq vergitutma ilə bağlı OECD və C20 çərçivəsinə bir sıra məsələlərdə çoxtərəfli həll yolu tapmağa çalışır. Onun sözlərinə görə, Vaşinqton bu platforma vasitəsilə beynəlxalq vergi məsələlərində fikir birliyinə gəlməkdə qərarlıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər